Türkiyədə koronavirusa yoluxanların və ölənlərin sayında artım olub.

Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca “Twitter” səhifəsindən açıqlama yayıb.

Nazir bildirib ki, son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) daha 55 nəfər ölüb.

O, həmçinin vurğulayıb ki, son 24 saatda 32722  şübhəli koronavirus testindən keçib, onlardan 1114 cavabı pozitiv çıxıb.

Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusdan indiyədək 3841 nəfər ölüb, 139771  nəfər bu infeksiyaya yoluxub, 95780 nəfəri isə müalicə olunub. 

Bu gün daha 3089 xəstə sağalaraq evə buraxılıb.