Türkiyədə son sutka ərzində daha 20 nəfər koronavirusdan ölüb.

Bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5402 nəfərə çatıb:

"Bu gün ölkədə koronavirus testindən keçən 43 min 231 nəfərdən 992-nin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı 214 min 993 nəfərə çatıb. Müalicə olunan 1049  xəstə isə bu gün evə buraxılıb. Bununla da indiyədək  196 min 720  nəfər koronavirusdan müalicə olunub".redaktor.az