Türkiyənin Samsun şəhərində canlı yayım avtomobilinin yoldan çıxaraq dirəyə çırpılması nəticəsində baş verən yol qəzasında 2 nəfər həyatını itirib, 1 nəfər yaralanıb.

İqtisadiyyat.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Nəqliyyat vasitəsinin sürücüsü qəzadan yara almadan xilas olarkən, sərnişinlər Saliha Adıgüzel və Furkan Akbulut hadisə yerində dünyasını dəyişib.

Sürücü Mustafa Gürler isə Çarşamba Dövlət Xəstəxanasına çatdırılaraq həkim nəzarətinə alınıb. Avtomobildə sıxılmış vəziyyətdə qalan Saliha Adıgüzel və Furkan Akbulutun cəsədləri yanğınsöndürənlər tərəfindən çıxarılıb. 

Qəza ilə bağlı araşdırmalara başlanılıb.