Son gün ərzində Türkiyədə koronavirusdan daha 18 nəfər ölüb.

Bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin məlumatına görə, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 6 139 nəfərə çatıb.

Fahrettin Koca qeyd edib ki, son sutkada COVID-19-a 1 443 yoluxma aşkarlanıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 259 692-ə yüksəlib.report