Türkiyədə baş məşqçi Fatih Tərim və bəzi tanınmış futbolçular aldadılıb.

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bank müdiri Seçil Erzan futbol adamlanlarından yüksək məbləğdə pul alaraq onlara geri ödənişi faizi ilə qaytaracağının vədini verib. 

Aldananlar arasında baş məşqçi Fatih Tərim, Arda Turan, Emre Belözoğlu, Emre Çolak, Selçuk İnan və Fernando Muslera da var.

Futbol adamlarından ən çox pulunu itirən şəxs Arda Turandır. O 13 milyon 900 min dollar ziyana düşüb.

Fatih Terim 300 min dollar, Emre Belözoğlu 5 milyon dollar, Emre Çolak 3 milyon 200 min dollar, Selçuk İnan 3 milyon 685 min dollar, Fernando Muslera isə 2 milyon dollar zərərdədir.

Qeyd edək ki, bu məsələ ilə bağlı məhkəmə prosesi davam edir.