Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

İqtisadiyyat.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, sərnişin avtobusu Ərzurum-Qars avtomobil yolunun Sarıqamış rayonundan keçən hissəsində yüksəklikdən dərəyə yuvarlanıb.

Qəza nəticəsində təxminən 50 metr hündürlükdən yuvarlanan avtobusda olan 7 nəfər ölüb, 22 nəfər yaralanıb.

Hadisə yerinə xilasetmə, təcili yardım və jandarma qrupları sövq edilib.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Vəziyyəti ağır olan bir yaralı isə magistral yola enən təcili yardım helikopteri ilə Ərzuruma aparılıb.