İyunun 1-dən iyulun 15-dək Türkiyədə dəniz, göl, gölməçə, çay və suvarma kanallarında 82 nəfər boğularaq həyatını itirib. İyun ayında 47, iyulun birinci yarısında isə 35 nəfər suda boğularaq həyatını itirdiyi halda, ən çox boğulma hadisəsi 11 nəfərlə 29 iyunda baş verib.

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, suda boğulma hallarının, eyni zamanda yeni ölümlərin qarşısının alınması üçün hüquq-mühafizə orqanları, bələdiyyələr və aidiyyəti qurumlar ölkə daxilində həm məlumatlandırma işləri aparır, həm də riskli ərazilərdə tədbirləri gücləndirirlər.

Görülən səylərə baxmayaraq, dəniz, göl, gölməçə və suvarma kanallarında boğulma halları hələ də davam edir.