Türkiyənin Elazığ vilayətində 3,7 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, zəlzələ yerli vaxtla saat 21:51-də qeydə alınıb. Yeraltı təkanların episentri Elazığ rayonunda, ocağı isə 10,73 kilometr dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.