Türkiyənin Elazığ vilayətində növbəti zəlzələ baş verib.

Bu barədə “tv100” xəbər yayıb.

Məlumata görə, vilayətin Sivricə rayonunda yerli vaxtla 12:35-də qeydə alınan yeraltı təkanlar 3,9 bal gücündə olub.

Xatırladaq ki, Elazığın Sivricə rayonunda ötən ay baş verən 6,8 bal gücündə zəlzələdə 31 sakin həyatını itirib, onlarla insan yaralanıb.