Türkiyə Xəzinə və Maliyyə Nazirliyi bu gün keçirilən istiqraz hərracında 12 milyard 965,6 milyon lirə borc götürüb.

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nazirlik tenderdə 4 il (1428 gün) ödəmə müddəti və rüblük kupon ödənişi ilə türk lirəsinə indekslənmiş “referans faiz dərəcəsi” (TLREF) dövlət istiqrazlarını yenidən buraxıb.

Tenderdə dövri faiz dərəcəsi 3,59% təşkil edib.

Nominal təklifin 15 milyard 675 milyon lirə olduğu tenderdə nominal satış 10 milyard 643 milyon lirə, xalis satış isə 9 milyard 865,6 milyon lirə təşkil edib.

Xalqdan heç bir təklifin alınmadığı tenderdə market-meykerlərdən 5 milyard 196,3 milyon lirə təklif alınıb, bu seqmentə 3 milyard 100 milyon lirə satılıb.

Beləliklə, xəzinə tenderdə cəmi 12 milyard 965,6 milyon lirə borc götürüb.