Türkiyənin xarici işlər nazirinin müavini səfir Burak Akçapar və Yunanıstan xarici işlər nazirinin müavini Aleksandra Papadopulu Ankarada keçirilən Siyasi Dialoq Toplantısında görüşüblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama verib. 

Açıqlamada nazir müavini Akçapar ilə yunanıstanlı həmkarı Papadopulunun Ankarada növbəti Siyasi Dialoq Görüşü keçirdiyi bildirilib.

Bəyanatda qeyd edilib ki, görüşlər zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri, eləcə də regional və beynəlxalq məsələlər müzakirə edilib: "Hər iki tərəf ikitərəfli və beynəlxalq əməkdaşlıq sahələrində mövcud müsbət ab-havanı inkişaf etdirmək üçün ümumi öhdəliklərini bir daha bəyan ediblər. Keçən dekabrda Afinada iki ölkə liderləri tərəfindən imzalanmış Afina Bəyannaməsi ilə nizamlanan bu və digər məsələlər də müzakirə edilib".

Görüşdə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin Türkiyəyə planlaşdırılan səfərinə hazırlıqların müzakirə edildiyi, ikitərəfli münasibətlərin bütün aspektləri də daxil olmaqla, mövcud dialoq kanallarında indiyədək əldə edilən inkişafın qiymətləndirildiyi vurğulanıb.