Türkiyənin Antalya vilayəti turist sayında rekordlar qırmağa davam edir. 

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanvar ayından bu yana 7 milyondan çox turisti qəbul edən şəhərə dünən 99 min 149 beynəlxalq sərnişinin gəlməsi ilə yeni rekord qırılıb.

Turizm mövsümünə yaxşı başlayan Antalyaya yanvarın 1-dən iyulun 18-dək hava yolu ilə gələn turistlərin sayı 7 milyonu keçib. Dünən şəhər gündəlik gələnlərin sayında növbəti dəfə rekord qırıb.

Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu, "Twitter" hesabında bu barədə qeyd edib: "Dünya cənnət vətənə gəlir; Türkiyə turizm və nəqliyyatda yüksəlir! Antalya Hava Limanı dünən bütün zamanların rekordunu qırdı. 210 min 144 sərnişin, 1162 təyyarə trafiki ilə şəhərə gəlib".