Alanyaspor" baş məşqçisi Ersun Yanalla yollarını ayırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yanalın müqaviləsinə xitam verilib.

61 yaşlı mütəxəssis fevralın 27-dən "Alanyaspor"u çalışdırırdı. O, bu komanda ilə keçirdiyi 6 oyunda cəmi 1 qələbə qazanıb, 4 dəfə uduzub.

"Alanyaspor" Super Liqada 32 xalla 12-ci sıradadır.