"Yunanıstan və Suriya ilə sərhədi qanunsuz keçməyə cəhd edən 28 nəfər saxlanılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Terrorla mübarizəmiz sərhədlərimizdə davam edir.

Ölkəmizdən Yunanıstana, Suriyadan isə ölkəmizə qeyri-qanuni yollarla keçməyə cəhd edən 22, Yunanıstandan ölkəmizə keçməyə cəhd edən 6 nəfər isə sərhəddə yaxalanıb.

Araşdırmalar nəticəsində həbs edilən şəxslərdən 16-nın FETÖ, 3-nün isə PKK/PYD/YPG terror təşkilatı üzvü olduğu müəyyən edilib”, - Nazirlik qeyd edib.