FETÖ, PKK və DHKP-C terror təşkilatlarına üzv olan və xaricə qaçmağa çalışan 14 şübhəli Ədirnədə yaxalanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ədirnə Valiliyi məlumat yayıb. 

Məlumata görə, Bölgə Jandarma Komandanlığı qrupları terrorla mübarizə və təhlükəsizliyin təmin edilməsi istiqamətində işlərini davam etdirir. Komandaların həyata keçirdiyi tədbirlər çərçivəsində son bir həftədə Yunanıstana qaçmağa cəhd edən 14 terror təşkilatı üzvü sərhəddə yaxalanıb.

Şübhəlilərdən 10-nun FETÖ, 3-nün PKK, birinin isə DHKP-C üzvü olduğu müəyyən edilib.

Jandarmada şübhəlilər haqqında əməliyyatlar davam edir.