NATO-nun heç bir ölkəsi “S-400” zenit-raket komplekslərinin Ankaraya tədarükü ilə əlaqədar Türkiyənin alyansdan çıxarılması məsələsini qaldırmayıb.

“RİA Novosti” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, Türkiyə NATO-nun mühüm üzvüdür:

“Müttəfiqlərdən heç biri heç vaxt bu məsələni qaldırmayıb, çünki biz hamımız başa düşürük ki, bir-birimizdən asılıyıq”.

Bununla belə, Y.Stoltenberq əlavə edib ki, Türkiyənin aldığı “S-400” kompleksləri NATO-nun hava hücumundan müdafiə sistemlərinə inteqrasiya edilməyəcək.