Türkiyə Qəzza zolağına ən çox yardım edən üçüncü ölkə olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinə bağlı Ərazilərdə Hökumət Fəaliyyətlərinin Koordinasiyasının (COGAT) internet saytında dərc edilən məlumatda deyilir.

Məlumata görə, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı bölgəyə ən çox humanitar yardım göndərən ölkələrdir.

Qəzzaya göndərilən ümumi yardımın 25%-i BƏƏ-yə, 20%-i Səudiyyə Ərəbistanına, 17%-i isə Türkiyəyə aiddir. Türkiyəni 8%-lə Qətər, 3%-lə Küveyt izləyib.

 

Gözəl Həşimova