Türkiyə uzun fasilədən sonra Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik nümayəndəliklərin qarşılıqlı şəkildə yenidən fəaliyyətə başlamasına dair qəbul edilən qərarı alqışlayır.

İqtisadiyyat.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.

Qeyd olunub ki, Ankara bu qərarın regionda sülh və sabitliyə mühüm töhfələr verəcəyinə inanır.