"Pəncə-Kilit" bölgəsində 9 PKK terrorçusu Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Nazirlikdən verilən açıqlamada aşağıdakı ifadələr yer alıb:

“Gücünü soylu millətimizdən alan Türk Silahlı Qüvvələrimiz İraqın şimalında terrora qarşı mübarizəsini sürətini azaltmadan davam etdirir.

Pəncə-Kilit Hərəkatı bölgəsində təsbit edilən 9 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib.

Bölgədə bir nəfər də olsun terrorçu qalmayana qədər əməliyyatlarımız qətiyyətlə davam edəcək!”