Türkiyə Milli Müdafiə Nazirliyi 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun tviterində yazılıb.

“Bir millət, iki dövlət! Hər zaman birlikdə olduğumuz, qardaşlıq ruhu ilə tək ürək, tək yumruq olduğumuz Can Azərbaycanın Milli Qurtuluş Günü mübarək olsun. Azərbaycanlı qardaşlarımızı salamlayır, “Yaşasın Azərbaycan” deyirik”, - paylaşımda bildirilib.