Türkiyə millisində baş məşqçi Ştefan Kuntsla yollar ayrılacaq.

İqtisadiyyat.az xəbər verir ki, mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriləcək. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Türkiyə Futbol Federasiyası (TFF) artıq yeni baş məşqçini tapıb. "Ay ulduzlular"ın sükanı italiyalı mütəxəssis Vinçenso Montellaya tapşırılacaq. Dəyişikliyin yaxın zamanda açıqlanacağı gözlənilir.

Montella son olaraq Türkiyədə "Adana Demirspor"da işləyib.