Malatyada baş verən 7,7 bal gücündə zəlzələdə  Çankaya Universitetinin basketbolçusu Nilay Aydoğanı və nənəsini dağıntılar altından xilas etmək mümkün olmayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Basketbol Federasiyasının rəsmi internet saytı məlumat paylaşıb.

"Qadın Basketbol Super Liqası komandalarından Çankaya Universitetinin milli oyunçusu Nilay Aydoğanın zəlzələ nəticəsində həyatını itirdiyini dərin hüznlə öyrəndik. Mərhuma Allah rəhmət eləsin, ailəsinə, yaxınlarına və basketbol ictimaiyyətinə başsağlığı veririk”.