Türkiyə Mərkəzi Bankının (TMB) valyuta bazarına son müdaxiləsinin məbləği müəyyənləşib.

Belə ki, TMB-nin 17 dekabr 2021-ci ildə 2 milyard 123 milyon dollarlıq birbaşa valyuta satışının edildiyi açıqlanıb.

Mərkəzi Bank ilk dəfə 2021-ci il dekabrın 1-də 844 milyon dollarlıq satış həyata keçirib. Bunun ardınca dekabrın 3-də (504 milyon dollar), 10 dekabrda (687 milyon dollar) və 13 dekabrda (3 milyard 120 milyon dollar) müdaxilələr baş verib.

Son rəqəmlərə əsasən, bankın dekabr ayında etdiyi bütün müdaxilələrin cəmi 7 milyard 278 milyon dollar olub.

Xatırladaq ki, dekabrda Türkiyədə illik inflyasiya 36,08% təşkil edib. Milli valyutanın dəyərsizləşməsi fonunda Türkiyə hökuməti ölkədə gələn il üçün minimum əməkhaqqının məbləğini 50,4% artıraraq 2 826 lirədən 4 250 lirəyə çatdırmışdı. Dekabrın 16-da Türkiyə Mərkəzi Bankı yüksək inflyasiyaya baxmayaraq, uçot dərəcəsini 15%-dən 14%-ə endirmişdi.

Türkiyə Mərkəzi Bankının rəsmi məzənnəsinə görə, hazırda 1 dollar 13,6598 lirəyə ticarət olunur.