"Türk lirəsinin məzənnəsinə olan inamın artması fonunda valyutanın ucuzlaşması dayanıb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin maliyyə və xəzinə naziri Mehmet Şimşək bildirib.

Onun sözlərinə görə, lirə yenidən dəyərini itirməyəcək:

"Türkiyənin xarici ticarət kəsiri azalır, maliyyə mənbələri ilə bağlı problem yoxdur. Hazırda Türkiyədə çoxlu xarici valyuta var. Buna görə də türk ixracatçıları narahat olmamalıdır, çünki hakimiyyət onlara hər cür dəstəyi davam etdirəcək"

 

Gözəl Həşimova