“Bu gün Stokholmda İraq səfirliyinin qarşısında yaşanan və müqəddəs kitabımız Qurani-Kərimə qarşı törədilən iyrənc hücumu qınayırıq”.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Açıqlamada aşağıdakı ifadələrə yer verilib:

“28 May 2023-cü ildə Stokholmda məscid qarşısında Qurana qarşı edilən aşağılayıcı hücumdan sonra 2023-cü il iyulun 12-də Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının (BMT) qəbul etdiyi qərar ilə sözügedən hücum "dini nifrət" kimi xarakterizə edilib.

İsveç, BMT, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurasından beynəlxalq öhdəlikləri çərçivəsində İslam dininə və onun milyardlarla mənsubuna qarşı bu nifrət cinayətinin qarşısını almaq üçün çəkindirici tədbirlər görəcəyini gözləyirik. Türkiyə islamofobiya, ksenofobiya, irqçilik və ayrı-seçkilik sahələrində bu cür hücumların yaşandığı ölkələrlə birlikdə işləməyə hazırdır”.