Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında 13 yeni müqavilə imzalanıb.

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki dövlət arasında imzalanan sazişlər aşağıdakılardır:

1. Türkiyə Respublikası Prezident Administrasiyasının İnvestisiya İdarəsi ilə Birləşmiş Ərəb Əmirlikləri Beynəlxalq İnvestorlar Şurası arasında Saziş,

2. Türkiyə Respublikası Prezident Administrasiyasının İnvestisiya İdarəsi ilə Abu Dabi İnvestisiya Ofisi arasında Anlaşma Memorandumu,

3. Türkiyə Respublikasının Ticarət Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat Nazirliyi arasında Birgə İqtisadi və Ticarət Komissiyasının (JETCO) yaradılması haqqında Birgə Bəyannamə,

4. Müdafiə Sənayesi Əməkdaşlıq Anlaşma Memorandumu,

5. Enerji və Təbii Ehtiyatlar üzrə Strateji Tərəfdaşlıq Çərçivə Sazişi,

6. Türkiyə Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında Saziş,

7. Türkiye Export Credit Bank A.Ş. və Abu Dhabi Development Holding Company (ADQ) arasında Anlaşma Memorandumu,

8. Türkiyə Respublikasını təmsil edən Xəzinə və Maliyyə Nazirliyi ilə Abu Dhabi Development Holding Company (ADQ) arasında Anlaşma Memorandumu,

9. Türkiyə Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Dövləti Hökuməti arasında hüquqi və ticarət işlərində hüquqi yardım haqqında Saziş,

10. Türkiyə Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Dövləti Hökuməti arasında cinayət işlərində qarşılıqlı hüquqi yardım haqqında Saziş,

11. Türkiyə Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Dövləti Hökuməti arasında cinayətkarların ekstradisiyasına dair Saziş,

12. Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Sənaye və Qabaqcıl Texnologiyalar Nazirliyi arasında Rəqəmsal Transformasiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu,

13. Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi ilə Birləşmiş Ərəb Əmirlikləri Kosmik Agentliyi arasında Kommersiya Məqsədləri üçün Birgə Atış Vasitələrinin Bacarıqlarının İnkişafına dair Anlaşma Memorandumu.