Türkiyə 10 il ərzində Aya iki dəfə pilotsuz kosmik aparat göndərməyi planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacir məlumat verib.

Onun sözlərinə görə, ilk türk kosmonavtı Alper Gezeravcının yanvarın 18-də planlaşdırılan uçuşu "Türkiyənin milli Ay proqramı"nın həyata keçirilməsinə start verəcək:

"Biz öz imkanlarımızdan istifadə edərək hazırladığımız Aya kosmik gəmi göndərməyi planlaşdırırıq. Artıq istehsal mərhələsinə qədəm qoymuşuq. Bu missiyanı 10 il ərzində iki dəfə həyata keçirəcəyik".

Əli Ağayev