Türkiyə Mərkəzi Bankı 500 və 1000 lirə nominallı əskinasların dövriyyəyə buraxılması məsələsini araşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə bankın rəhbəri Fatih Karahan bildirib.

Onun sözlərinə görə, dövriyyədə olan ən böyük əskinas 200 lirədir:

"Bu əskinas 2009-cu ilin yanvarında tədavülə buraxılanda onun bazar dəyəri 131 dollar olub. Hazırda 500 və 1000 lirə nominallı əskinasların dövriyyəyə buraxılması üçün texniki araşdırmalar və təhlillər aparılır, bölmələrimiz bu məsələ üzərində işləyir".

 

Gözəl Həşimova