Türk Hava Yolları (THY) "Skytrax" beynəlxalq hava nəqliyyatı reytinq agentliyi tərəfindən səkkizinci dəfə "Avropanın ən yaxşı aviaşirkəti" mükafatına layiq görülüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türk Hava Yollarının Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, ingilis, fransız, ispan, rus, yapon və çin dillərində keçirilən 2022-2023-cü illər üçün "Skytrax" mükafatları sorğusunda 100-dən çox ölkənin vətandaşı təmsil edilib. Beləliklə, qazananlar 325 aviaşirkət arasından seçilib.