Bu gün Azərbaycan kubokunda yarımfinalın ilk oyunlarına yekun vurulub.

İqtisadiyyat.az xəbər verir ki, ikinci oyun günündə “Turan Tovuz” “Neftçi”ni qəbul edib. Tovuz təmsilçisi 74-cü dəqiqədə moldovalı müdafiəçisi Denis Marandiçinin qolu sayəsində 1:0 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü aprelin 26-ı, digər yarımfinal cütlüyündəki - "Səbail" - "Qəbələ" görüşü aprelin 27-də keçiriləcək.