"Fırat Kalkanı" bölgəsində atəş açan 12 PKK/YPG terrorçusu zərərsizləşdirilib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

"Qəhrəman Mehmetçik Suriyanın şimalında terrorçularla mübarizəni effektiv və qətiyyətlə davam etdirir. Fərat Qalxanı bölgəsinə atəş açan 12 PKK/YPG terrorçusu uğurlu əməliyyatla zərərsizləşdirilib", - məlumatda qeyd edilib.