"Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun istifadəsi Çindən Avropaya yükdaşıma vaxtını iki dəfə azaltmağa kömək edə bilər".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Pekində “Bir kəmər - bir yol” üçüncü beynəlxalq əməkdaşlıq forumunun açılışında deyib.

Qazaxıstan prezidenti hesab edir ki, bir çox ölkələr üçün bu marşrut flaqman əməkdaşlıq layihəsinə çevrilir: "Çini, Mərkəzi Asiyanı və Avropanı birləşdirən bu nəqliyyat arteriyası "Kəmər və Yol"un kontinental körpüsünə çevrilə bilər. Bu marşurut yüklərin daşınma müddətini yarıya endirə və nəqliyyat xərclərini əhəmiyyətli dərəcədə azalda bilər".

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Avropa ölkələrinə keçir. Bu marşurut vasitəsilə dəmir yolu və dəniz nəqliyyatından istifadə etməklə konteyner daşımaları həyata keçirir.

 

Gözəl Həşimova