Futbolçuların transfer qiymətinə görə dünyanın ən dəyərli klublarının siyahısı bəlli olub.

İqtisadiyyat.az xəbər verir ki, "Transfermarkt"in açıqladığı siyahıya 15 klubun adı daxil edilib.

İngiltərə təmsilçisi "Mançester Siti" 1,05 milyard avro ilə ilk pillədə qərarlaşıb. Ölkənin digər klubu "Çelsi" 1,02 milyard avro ilə ikinci, Almaniya "Bavariya"sı 979.70 milyon avro ilə üçüncüdür.

Növbəti sıralarda "Arsenal" (İngiltərə, 890 milyon avro), PSJ (Fransa, 882.55), "Liverpul" (İngiltərə, 879), "Real Madrid" (İspaniya, 860.50), "Mançester Yunayted" (İngiltərə, 795.70), "Barselona" (İspaniya, 767), "Tottenhem" (İngiltərə, 680.30), "Napoli" (İtaliya, 629), "Borussiya" Dortmund (Almaniya 547.70), "Milan" (İtaliya, 547.25), "İnter" (İtaliya, 534.45) və "Nyukasl" (İngiltərə, 493.30) yer alıb.