ABŞ-da məhkəmə keçmiş ABŞ prezidenti Donald Trampın malikanəsində ələ keçirilən məxfi sənədlərin “müstəqil ekspertiza” tələbini rədd edib.

Məhkəmə bildirib ki, Trampın Floridadakı Mar-a-Laqo mülkündən Federal Təhqiqat Bürosu (FTB) tərəfindən əldə etdiyi sənədlərin “müstəqil arbitr tərəfindən nəzərdən keçirilməsi” ilə bağlı müraciətinə baxılmayıb.

"Keçmiş prezidentin evində axtarış aparmaq qeyri-adidir, lakin qanuna təsir edəcək və ya məhkəmə sisteminin davam edən istintaqa müdaxiləsinə imkan verəcək şəkildə deyil. Qanun aydındır. Biz qanunları yenidən yaza bilmərik", - məhkəmənin bəyanatında deyilir.