Respublikaçıların Milli Komitəsinin üzvləri Hyustonda ABŞ-nin keçmiş prezidenti Donald Trampın gəlini Lara Trampın da daxil olduğu qurultayda partiyanın yeni rəhbərliyini seçiblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə NBC televiziyası məlumat yayıb.

Komitə üzvləri yekdilliklə Şimali Karolinadan Respublikaçı Maykl Uetlini Respublikaçılar Milli Komitəsinin yeni sədri, Lara Trampı isə həmsədr seçiblər.

Telekanalın sözlərinə görə, bu partiyadaxili dəyişikliklər Donald Trampın əslində “Respublikaçılar Milli Komitəsini öz üzərinə götürdüyünü” göstərir.