ABŞ-ın keçmiş prezidenti Donald Trampın evində məxfi dövlət sənədləri saxlaması ilə bağlı məhkəmə avqustun 14-də başlayacaq.

İqtisadiyyat.az xəbər verir ki, ABŞ-lı hakim Aylin Cannon verdiyi yazılı açıqlamada Trampın gizli sənədləri evində saxlaması ilə bağlı işin avqustun 14-də Floridada başlayacağını bildirib.

ABŞ mətbuatında Tramp və vəkillərinin işin təxirə salınması üçün təzyiq göstərəcəyi gözlənilən avqustun 14-də keçiriləcək dinləmənin çətin göründüyünə dair şərhlər edilib.

Həmçinin gözlənilir ki, Tramp və vəkilləri bəzi ittihamların geri götürüləcəyi ümidi ilə Ədliyyə Departamentindən “sübutların məxfiliyinin açılmasını” xahiş edəcəklər.