ABŞ-nin keçmiş prezidenti Donald Tramp 2021-ci il yanvarın 8-dən bəri ilk dəfə "X"də paylaşım edib.

İqtisadiyyat.az xəbər verir ki, Tramp sosial mediada Corciya ştatının Fulton cəzaçəkmə müəssisəsinin rəsmiləri tərəfindən çəkilmiş həbs fotosunu paylaşıb.

Tramp həbsxanada şəkil çəkdirərkən özünü narahat hiss etdiyini açıqlayıb.

“Onlar şəkil çəkdirməkdə israr etdilər və mən də buna razı oldum. Həbsxana fotosunu ilk dəfədir ki, çəkdirirəm. Bu xoşagəlməz hissdir, xüsusən də heç bir səhv etmədiyiniz zaman”, - Tramp "Fox News"a müsahibəsində deyib.

Əlavə edək ki, Donald Tramp 2020-ci il prezident seçkilərinə müdaxilə etdiyi üçün həbs edilib və daha sonra girov müqabilində Corciya ştatındakı Fulton həbsxanasından sərbəst buraxılıb.

KMO_162543_44232_1_t222_083154.jpg

 

Gözəl Həşimova