ABŞ prezidenti Donald Tramp Çinlə ticarət sazişi əldə ediləcəyinə əminliyini bildirib.

Bu barədə "Report" "Fox News"a istinadən xəbər verir.

Onun sözlərinə görə, Çin hökuməti də ABŞ ilə ticarət sazişi bağlamaq istəyir.

D.Tramp Pekinin, sadəcə, sazişin şərtlərini dəyişdirməyə çalışdığını vurğulayıb və əlavə edib ki, belə addım atmaq olmaz.