ABŞ-nin keçmiş prezidenti Donald Tramp ölkənin hazırkı lideri Co Baydenin Konqresə illik müraciətini şərh edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə o , "Truth Social" sosial şəbəkəsində yazıb.

Trampı Baydenin onun haqqında kobud söz işlətməsi qəzəbləndirib. Buna cavab olaraq Tramp hazırkı Amerika liderini Putinin, eləcə də Çin Xalq Respublikasının sədrinin marioneti adlandırıb. 

“Bayden onlara Ukrayna da daxil olmaqla hər şeyi verdi. O, Putin və Xi Jinpingin sözün əsl mənasında kuklası idi”, - deyə paylaşımda qeyd edilir.