Yaponiya avtomobil istehsalçısı “Toyota Motor” şirkəti Çin və Yaponiyada tələbin azalması səbəbindən aprel ayında qlobal satışları azaldıb.

İqtisadiyyat.az korporasiyanın rəsmi saytına istinadən xəbər verir ki, şirkətin qlobal satışları apreldə 4,5% azalaraq 835,788 min avtomobil olub.

Bu markalı avtomobillərin Çində satışları 27%, Yaponiyada 14% azalıb. Avropada “Toyota” avtomobillərinin satış sayı 20%, Şimali Amerikada isə 16% artıb.

“Toyota”nın səhmləri 1,8% ucuzlaşıb. İlin əvvəlindən şirkətin kapitallaşması 28,6% artıb.