Sakit okeanda ada ölkəsi olan Tonqa Krallığında 6,9 bal gücündə zəlzələ baş verib.

İqtisadiyyat.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) 6,9 bal gücündə baş verən zəlzələnin episentrinin Tonqa ştatının Neiafu şəhərindən 132 kilometr şimal-qərbdə olduğunu açıqlayıb.

Zəlzələ 225 kilometr dərinlikdə qeydə alınıb. Can və mal itkisi ilə bağlı məlumat paylaşılmayıb.

Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.