"Bölgələrdə yaşayan sahibkarlar tikinti ilə bağlı tenderlərdə şəffaflığın təmin olunmasını istəyirlər".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri tikinti subyektləri arasında vahid müqavilə formalarının tətbiqi və bu sahədə mübahisələrin mediasiya vasitəsilə həllinə dair məsələyə toxunan deputat Jalə Əhmədova deyib.

 

 

O bildirib ki, əsas problemlərdən biri məhkəmə qərarları ilə bağlıdır. Belə ki, məhkəmə qərarları icra olunmur:

"Əksər hallarda tikinti şirkətləri və MTK rəhbərləri həbs olunsa da, məsələ həllini tapmır. Ona görə də tikinti məsələləri böyük problem kimi qalmaqdadır. Bu problem bölgələrdə tikinti işlərinə də mane törədir. Digər problem bir sıra rayonlarda tələbatın olmasına baxmayaraq, tikinti ilə bağlı fəaliyyətin sıfır səviyyəsində olmasıdır. Yaxşı olardı ki, bölgələrdəki sahibkarların problemlərinə diqqət ayrılsın və onlara dövlət dəstəyi təmin olunsun. Xüsusən də tikinti ilə bağlı tenderlərə əlçatanlıq yoxdur". 

Gülşən Şərif