Türkiyədə onlayn formada "Keçmiş Olsun Türkiyə" şahmat müsabiqəsi təşkil olunub.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycandan Teymur Rəcəbov və Vasif Durarbəylinin də iştirak etdiyi müsabiqənin qalibi Teymur Rəcəbov olub.

Qeyd edək ki, yarışda ianə ilə yığılan 5000 dollar yardım fonduna köçürüləcək.