"Pakistanın beynəlxalq terrorizmdən birbaşa və dolayı maliyyə itkiləri təqribən 115 milyard dollar təşkil edir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın Pakistandakı səfiri Danila Qaniç İslamabad Siyasi Araşdırmalar İnstitutunda (IPRI) keçirilən seminarda deyib.

Onun sözlərinə görə, dünyada terrordan ən çox zərər çəkən ölkə Pakistandır: "Biz Pakistanın terrorla mübarizəyə verdiyi töhfəni yüksək qiymətləndiririk. Bilirik ki, Pakistan terrordan ən çox zərər çəkən ölkədir. Məlumatlara görə, terror hadisələri nəticəsində ölkədə 80 min insan həlak olub".

 

Gözəl Həşimova