Azərbaycanın minifutbol yığmasının üzvü Təmkin Xəlilzadənin ölkədən çıxışına məhdudiyyət qoyula bilər.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı məhkəməyə müraciət daxil olub.

Belə ki, Dövlət Vergi Xidməti futbolçunun vergi borcuna görə məhkəməyə ərizə ilə müraciət edərək onun Azərbaycandan çıxışına "stop" qoyulmasını xahiş edib.

Belə ki, futbolçunun hazırda 3030,21 manat vergi borcu yığılıb.

Məhkəmə işinə hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq.

Məhkəmə ərizəni təmin etsə, futbolçunun Azərbaycanı tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, 30 yaşlı T.Xəlilzadə Milli komandanın üzvü olub. Ümumilikdə millidə 17 matça çıxıb və 3 qol vurub. 2022-ci ildə "Sabah" ilə müqaviləsi başa çatan T.Xəlilzadə 1 il klubsuz qaldıqdan sonra 2023-cü ildə II Liqa təmsilçisi "Füzuli" klubu ilə anlaşıb.