“Taxıl sazişi” ilə bağlı razılaşmalar dayandırılıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib:

“Sazişin Rusiya ilə bağlı hissəsi həyata keçirilən kimi Moskva dərhal “Taxıl sazişinə”nə qayıdacaq”.

Qeyd edək ki, sonuncu dəfə mayın 17-də İstanbulda Türkiyə hakimiyyətinin vasitəçiliyi ilə 60 gün müddətinə uzadılan “Taxıl sazişi”nin müddəti bu gün bitib.