Almaniya Rusiyanı Ukrayna ilə taxıl dəhlizi müqaviləsini uzatmağa çağırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətinin nümayəndəsi Kristian Hofman məlumat verib.

Hoffmann vurğulayıb ki, bu cür razılaşmalar qısamüddətli dövrlə məhdudlaşmamalı və Ukraynaya uzunmüddətli taxıl ixracına icazə verilməlidir. Aclığın silah olaraq istifadəsinə son qoyulmalıdır:

“Taxıllarda, yağlı toxumlarda və gübrələrdə uzun müddət fasilə yaransa qlobal kənd təsərrüfatında qiymət artımları ola bilər”.