Taxıl müqaviləsinin dayandırılmasının mənfi nəticələrini digər ölkələrdən daha çox Avropa İttifaqı, Çin və Türkiyə hiss edəcək.

Bu barədə İqtisadiyyat.az TASS-a istinadən xəbər verir.

Məlumata görə, dünya, taxılın qiymətində ciddi artımla üzləşəcək. Lakin taxıl sazişinin dayandırılması ən çox Aİ, Çin və Türkiyəyə zərbə vuracaq. Çünki, bu ölkələr ixrac olunan taxılın böyük hissəsini alıblar.