Taxıl müqaviləsi çərçivəsində Ukrayna limanlarından ərzaq ixracı may ayında 1,3 milyon tona qədər azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş bildirib.

Onun sözlərinə görə, Yujnı limanı hələ də müqaviləyə əsasən gəmilərə xidmət göstərmir və yoxlamaların sürəti azalıb: "Bu, Ukrayna limanlarına və limanlarından reyslərin sayının azalmasına səbəb olub. Buna görə də qlobal bazarlarda ərzaq təchizatı səviyyəsi azalıb".