Rusiyanın tanınmış müğənnisi Anita Soy koronavirusa yoluxub.

Bunu “RİA Novosti”yə onun mətbuat katibi Anna Krujel bildirib.

“Anita COVID-19 diaqnozu ilə Moskvadakı xəstəxanalardan birinə yerləşdirilib”, - mətbuat katibi deyib.

Onun sözlərinə görə, müğənni pandemiyanın ilk günüdən özünü təcrid tədbirlərinə əməl edib: “Onun harada yoluxduğunu demək çətindir”.